AUT.AZ

İstanbul klubunda ayrılıq

Türkiyənin “Başaksehir” klubu futbolçusu Hasan Ali Kaldırımla yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı sol cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Hasan Ali Kaldırım 2020-ci ilin yayından “Başakşehir”də çıxış edirdi. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version