AUT.AZ

Evi yandı, xəbəri olmadı

İngiltərə futbolunun tanınmış adlarından biri olan Cermeyn Pennant bədbəxt hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, “Liverpul” və “Arsenal” klublarının sabiq üzvünün 10 milyon funt sterlinq dəyəri olan malikanəsi yanaraq kül olub. Ancaq 39 yaşlı keçmiş futbolçu bundan xəbərsiz olub. Pennant yalnız yanğından sonra ona verilən məlumatdan belə bir evə sahib olduğunu xatırlayıb.

Narkotik satıcıları tərəfindən plantasiyaya çevrilən malikanəyə od vurulduğu bildirilir.

Diqqət çəkən məqam odur ki, Cermeyn Pennant bir müddət öncə müflis olduğunu açıqlayıb.

 

Exit mobile version