AUT.AZ

Baş məşqçi istefası

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Aut.az xəbər verir ki, “Konyaspor” İlhan Palutla yollarını ayırıb. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. Rəsmi açıqlama yaxın saatlarda ediləcək.

Qeyd edək ki, İlhan Palut 2021-ci ilin fevral ayından “Konyaspor”u çalışdırır. “Ağ-yaşıllar” 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 81 matçda meydana çıxıb. Komanda bu oyunlarda 36 dəfə qələbəyə sevinib, 25 heç-heçə edib, 20 dəfə isə məğlub olub.

Exit mobile version