AUT.AZ

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununda

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

Aut.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fenerbahçe Opet” (TUR) – “Allianz MTV Stuttgart” (GER) klublarının qarşılaşmasında baş hakim olacaq.  Matçın ikinci hakimi funksiyasını rumıniyalı Paul Catalin Szabo-Alexi yerinə yetirəcək.

Exit mobile version