AUT.AZ

“Arsenal”ın tarixində ilk

İngiltərə Premyer Liqasının lideri “Arsenal” daha bir ilkə imza atıb.

Aut.az xəbər verir ki, ötən gün London derbisində “Arsenal”ı 2 cavabsız qolla məğlub edən “topçular” xallarını 47-ə çatdırıb. Bu isə klubun tarixində ən yaxşı nəticədir. London təmsilçisi heç vaxt çempionatın ilk 18 oyununda 47 xal toplaya bilməyib.

Qeyd edək ki, hazırda ilk pillədə qərarlaşan Mikel Artetanın komandası çempionluğa ən real namizəddir. “Arsenal” ən yaxşı izləyicisi “Mançester Siti”ni 8 xal qabaqlayır.

Exit mobile version