AUT.AZ

Onu verib, bunu almaq istədi, amma…

“Barselona”nın prezidenti Xuan Laporta “Atletiko”nun Memfis Depay üçün göndərdiyi təklifi rədd edib.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu niderlandlı hücumçu üçün Tomas Lemarı təklif edib.

Memfis Depayın Kataloniya təmsilçisi ilə cari müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir.

O, bu mövsüm “Barselona”nın heyətində 8 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Exit mobile version