AUT.AZ

Həbibin qardaşı onu nokaut etdi

Həbib Nurməhəmmədovun kiçik qardaşı Umar Nurməhəmmədov Las-Veqasda (ABŞ) növbəti UFC turnirində Raoni Berleosu nokaut edib.

Aut.az xarici KİV-ə istinadla xəbər verir ki, döyüş ilk raundda Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Dəqiq zərbə nokaut olub.

Umar qarışıq döyüş növləri üzrə ardıcıl 16-cı qələbəsini qazanıb.

Bir müddət əvvəl Həbib Nurməhəmmədov MMA sənayesini tərk edərək komandası ilə vidalaşdığını bildirmişdi. İdmançı ailəsi ilə daha çox vaxt keçirmək niyyətindədir.

Exit mobile version