AUT.AZ

Dzyubanın yeni komandası bilindi

Rusiya yığmasının hücumçusu Artyom Dzyuba karyerasını “Torpedo”da davam etdirəcək.

Aut.Az xəbər verir ki, məlumatı rusiyalı jurnalist Sevastyan Terletski teleqram kanalı vasitəsilə yayıb.

 

Mənbənin iddiasına görə, təcrübəli forvard Türkiyəyə yollanıb və orada moskvalıların təlim-məşq toplanışında qatılacaq .

“Torpedo” klubunun prezidenti İlya Qerkusun hücumçu ilə şəxsən maraqlandığı bildirilir.

Xatırladaq ki, Dzyuba noyabrda “Adana Dəmirspor”la müqaviləyə xitam verdikdən sonra komandasız qalıb. O, Türkiyədə keçirdiyi bir neçə ay ərzində start heyət üzvünə çevrilə bilməyib və cəmi 5 oyunda meydana çıxaraq bir qol vurub. “Transfermarkt” onun bazar dəyərini 4 milyon avro qiymətləndirir.

Exit mobile version