AUT.AZ

40 milyona hücumçu ald

“Lids” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Hoffenhaym”dan Jorjinyo Ryutteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb.

“Lids” 20 yaşlı futbolçu üçün Bundesliqa klubuna 40 milyon avro ödəyəcək.

Ryutter bu mövsüm “Hoffenhaym”la 17 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version