AUT.AZ

FIFA-dan “Qalatasaray”a transfer qadağası

FIFA Türkiyənin “Qalatasaray” klubuna müvəqqəti transfer qadağası tətbiq edib.

Aut.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin müxbiri Nevzad Dindar məlumat paylaşıb.

Transfer qadağasının səbəbi “Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçi Lukas Torreyranın menecderinə olan 18 500 dollarlıq borcudur. İstanbul təmsilçisi menecerin FIFA-ya şikayətindən dərhal sonra borcu ödəyib.

Müvəqqəti transfer qadağasının bazar ertəsi günü aradan qaldırılacağı bildirilir.

Exit mobile version