AUT.AZ

Tanınmış futbolçu Türkiyə klubundan “Sabah”a görə ayrılıb?

Aut.az xəbər verir ki, Türkiyə təmsilçisi bu barədə rəsmi hesabları vasitəsiylə məlumat yayıb. İspaniyalı vingerə xidmətlərinə görə təşəkkür edilib. Futbolçunun bundan sonra hansı klubda çıxış edəcəyi açıqlanmayıb.

Madrid “Real”ı və PSJ kimi klubların formasını geyinmiş Xesenin karyerasını Azərbaycanda davam etdirəcəyi güman edilir. 29 yaşlı futbolçu “Sabah”da çıxış etməyə yaxındı. Iddia olunur ki, Rodriges məhz “bayquşlar”a görə Türkiyə klubundan ayrılıb.

Qeyd edək ki, Xese karyerası ərzində “Real” və PSJ ilə yanaşı, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış edib.

Exit mobile version