AUT.AZ

“Qarabağ” ilk transferini reallaşdırdı

“Qarabağ” klubu ilk transferini yekunlaşdırıb.

Aut.az-ın məlumatına görə, Ağdam təmsilçisi Adama Diakabi ilə danışıqlar başa çatıb. Dünən tibbi müayinədən keçən futbolçunun səhhətində problem aşkarlanmayıb.

Bütün prosedurlar başa çatdığından azad agent statusuna malik olan futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Komandanın Antalyadakı düşərgəsində olan futbolçunun transferinin bu gün və ya sabah açıqlanacağı gözlənilir.

Böyük ehtimalla, futbolçu bu gün “Qarabağ”ın yoxlama görüşündə meydana çıxacaq.

Qeyd edək ki, Fransanın U-21 milli komandasında çıxış etmiş vinger ölkəsində “Kan”, “Amyen”, “Monako”, “Renn”, İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarında çıxış edib.

Exit mobile version