AUT.AZ

“Musa Qurbanlı “Poqon”a yaxındır” – “Qarabağ”dan rəsmi açıqlama

“Qarabağ” klubu hücumçusu Musa Qurbanlının Polşanın “Poqan” klubuna transfer olunacağı barədə yayılan informasiyalara münasIbət bildirib.

Ağdam təmsilçinin mətbuat katibi Gündüz Abbazadə Aut.az-ın Antalyada olan əməkdaşına açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Musa Qurbanlı “Poqon”a yaxındır, amma keçməyə yox. Komandalar eyni oteldə qaldığından, futbolçuların otaqları qonşudur. Musa ancaq bu baxımından Polşa klubuna yaxındır. Danışıqların getdiyi barədə xəbərlər yalandır. Bu, ümumiyyətlə müzakirə mövzusu deyil”.

Qeyd edək ki, Polşanı “SportoweFakty” saytı “Poqon” klubunun Musa Qurbanlının transferi ilə bağlı “Qarabağ”la danışıqlar apardığı barədə məlumat yaymışdı.

Exit mobile version