AUT.AZ

Boltun milyonları yoxa çıxıb

Atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Boltun Yamaykanın “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından bir neçə milyon dollar itib.

Aut.az xəbər verir ki, bu barədə idmançının meneceri Nugent Uoker bildirib.

Uoker idmançının hesabları arasındakı uyğunsuzluğu çərşənbə günü öyrəndiyini söyləyib.

“Vəziyyəti düzəltmək üçün bütün lazımi addımlar atılıb”, – deyən idmançının meneceri Olimpiya çempionuna dəyən zərərin dəqiq məbləğini açıqlaya bilməyəcəyini söyləyib.

Onun sözlərinə görə, bu işdə şübhəli bilinən investisiya şirkətinin keçmiş əməkdaşı ola bilər.

Qeyd edək ki, Bolt səkkizqat Olimpiya çempionu və 11 qat dünya çempionudur.

Exit mobile version