AUT.AZ

Forması rekord məbləğə satışa çıxarılacaq

2020-ci ildə helikopter qəzasında faciəvi şəkildə həlak olan beşqat NBA çempionu Kobi Brayantın forması satışa çıxarılacaq.

Aut.Az xəbər verir ki, Nyu-Yorkdakı “Sotheby’s” hərrac evi basketbolçunun 25 oyunda əynində olan formasını 7 milyon dollara hərraca çıxaracaq.

 

Bu, Brayantın indiyə qədər hərracda satılan ən bahalı əşyası ola bilər.

Qeyd edək ki, 2021-ci ilin martında Brayantın forması hərracda 3,7 milyon dollara satılıb.

Exit mobile version