AUT.AZ

Bakıda AVRO-2026-nın seçmə turniri: Azərbaycan Maltaya qarşı

Bu gün Bakıda kişi həndbolçular arasında 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə start veriləcək.

Aut.Az xəbər verir ki, saat 14:45-də meydançaya Böyük Britaniya və Kipr komandaları çıxacaqlar. Ardınca keçiriləcək açılış mərasimindən sonra, saat 17:00-da Azərbaycan və Malta seçmələri üz-üz gələcəklər.

 

Ertəsi günün oyun proqramı saat 14:45-də Malta – Kipr matçı ilə başlanacaq. Saat 17:00-da millimiz Böyük Britaniya komandası ilə qüvvəsini sınayacaq.

Yanvarın 15-də isə saat 12:45-də başlanacaq Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.

Exit mobile version