AUT.AZ

“Sumqayıt”dan “Radnik” üzərində qələbə

Mövsümün ikinci yarısı üçün hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, komanda yerli vaxtla saat 16:00-da “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın hər iki qolunun müəllifi Süleyman Əhmədov olub.

Exit mobile version