AUT.AZ

Sabiq futbolçu itləri tərəfindən öldürüldü

Futbol üzrə Zambiya millisinin sabiq üzvü Filemon Mulala faciəvi şəkildə dünyasını dəyişib.

Aut.az xəbər verir ki, hadisə yanvarın 7-də baş verib. Sabiq futbolçunu üç iti dişləyib. Bağda bir müddət hərəkətsiz vəziyyətdə qalan Mulalanın meyidini həyat yoldaşı tapıb. Hadisədən sonra ev itləri Heyvanlara qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti tərəfindən ələ keçirilib. Bu barədə Daily Mail məlumat yayıb.

Qeyd edək ki, Filemon Mulala Zambiya millisində altı oyun keçirib və üç qol vurub.

Exit mobile version