AUT.AZ

Şəkillərini satmaq üçün sevgilisindən ayrıldı – Fotolar

Qadın futbolunun ən gözəl və parlaq adlarından biri olan Alişa Leman növbəti dəfə diqqət mərkəzinə düşüb. İsveçrə millisinin və “Aston Villa”nın əsas qol silahlarından olan 23 yaşlı gözəl indi azaddır. O, Birmingem təmsilçisinin kişilərdən ibarət komandasında çıxış edən sevgilisi Duqlas Luiz ilə yollarını ayırıb. Cütlüyün münasibəti cəmi bir il çəkib.

Bu sevginin bitməsinin səbəbkarı isə braziliyalı yarımmüdafiəçi olub. Yəqin düşünürsünüz ki, belə gözəl qızı necə tərk etmək olar? Ayrılığın səbəbi isə olduqca qəribədir. Britaniya mətbuatı iddia edir ki, sevgililər arasında qarşıdurma Alişanın 2023-cü il təqvimi üçün çəkilişləri səbəbindən başlayıb. Xanım futbolçu xarici görünüşdən faydalanmaq istəyib. O, bu səbəbdən maraqlı geyimlərdəki şəkillərini pərəstişkarları ilə bölüşmək qərarına gəlib. Duqlas Lemanın bu addımından narazı qalıb. Bu səbəbdən aralarında mübahisələr başlayıb və nəticədə braziliyalı futbolçunun istəyi ilə ayrılıq reallaşıb.

Ağır münasibətdən qurtulan Alişa bu fikrindən qətiyyən dönməyib. Onun şəkillərinin olduğu təqvim 30 funta, avtoqrafla isə 50 funta satılır. Lemann milad və yeni il bayramlarında Mayamidə istirahət edərkən, ona məxsus fotolar sürətlə satılmağa başlayıb. Yəqin ki, ilin ilk günləri onun üçün olduqca qazanclı olub.

23 yaşlı gözəl bu günlərdə mövsümün bərpasına hazırlaşır. Paylaşdığı yeni fotolarda üzündən təbəssüm əskik olmur. Görünən odur ki, Luislə ayrılmağına görə qətiyyən narahat deyil.

Alişa 2021-ci ilin yayından “Aston Villa”da çıxış edir. Bu müddət ərzində o, 36 oyun keçirib və 5 qol vurub. Lemanın aktivində 4 məhsuldar ötürmə də var.

23 yaşlı hücumçu İsveçrə yığmasında 34 oyun keçirib, 7 qol vurub. O, ötən il keçirilən AVRO-2022-də iştirak etməli idi. Lakin psixoloji cəhətdən hazır olmadığını bildirərək, turnirə qatılmaqdan imtina edib. Onun çıxış etmədiyi Avropa Çempionatında isveçrəlilər mübarizəni qrup mərhələsində dayandırıb.

Exit mobile version