AUT.AZ

“Səbail” Fransadan futbolçu gətirdi

Mövsümün ikinci yarısına hazırlaşan “Səbail” klubu heyətinə legioner qatmağa hazırlaşır.

Auta.az-ın məlumatına görə, “dənizçilər” azad agent statusuna sahib olan David Qomisi transfer etməyə hazırlaşır. Son olaraq Fransa Liqa2-də mübarizə aparan “Pau” klubunun formasını geyinən 30 yaşlı vingerlə aparılan danışıqlar müsbət nəticələnib.

Onunla 6 aylıq müqavilə imzalanacaq. Futbolçunun çıxışı klubu qane edərsə, yayda onunla sözləşmənin müddəti 1 illik artırıla bilər.

Yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Qomis “Səbail”in qış transfer pəncərəsində heyətinə qatdığı yeganə futbolçu olacaq. Paytaxt təmsilçisinin yeni baş məşqçisi Şahin Diniyevi hazırkı heyət qane etdiyindən, transfer fəaliyyətinə yekun vurulacaq.

Qeyd edək ki, Fransa vətəndaşı olmasına rəğmən, əslən Qvineya-Bisaudan olan futbolçu karyerası ərzində “Pau”dan başqa, “Klermon”, “Ayaçço”, “Tulon” kimi klublarda çıxış edib.

Exit mobile version