AUT.AZ

Küçə quldurlarını niyə döyüb?

Belaruslu MMA döyüşçüsü Andrey Orlovski Londonda küçədə bir qıza fiziki təzyiq göstərən bir neçə qulduru döyüb.

Aut.az xəbər verir ki, ağır çəkidə UFC çempionu olan Andrey bu barədə “Ushalka”nın “Youtube” kanalına hadisənin təfərrüatları barədə danışıb:

“Ailəmlə restorandan çıxdım. Küçədə üç-dörd miqrant gördüm. Onlar bir qızı döyürdülər. Biri qızın saçını yumruğuna dolayıb dartırdı. Sanki dizi ilə üzünə vurmaq istəyirdi. Onların yanına gəlib: “Yeni iliniz mübarək, nə edirsiniz?”, – dedim. Biri mənə qarışmamağımı məsləhət gördü. Təbii ki, içkili idi. O birisi sol tərəfimdə dayanmışdı və məni vurdu.

Zərbə qulağımı tutdu.Təbii ki, bundan sonra tərəddüd etmədim, onu itələdim və vurdum. Sağ əlimlə qızı tutan oğlana zərbə endirdi. Mən bunu sağ “aperkat”la etdim. Döyüş başladı və onlar tezliklə qaçdılar. Hətta həyat yoldaşım da onlara hücum etməyə hazır idi. İstəsə də, istəməsə də, müdaxilə etməli idim. Oğluma da zəifləri müdafiə etməyi öyrədirəm”.

Exit mobile version