AUT.AZ

UEFA-dan “Qarabağ” – “Gent” oyunu ilə bağlı mühüm qərar

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

Aut.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib. Qurumun rəsmi saytında qeyd olunan məlumata görə, turnirin bu mərhələsindən etibarən hakimlər sözügedən sistemin köməyindən yararlana biləcəklər.

Bu Avropanın 3-cü nüfuzlu klub turnirində ilk belə hadisə deyil. Konfrans Liqasının 2021/2022 mövsümündə yarımfinal və final görüşləri zamanı VAR sistemindən istifadə olunub.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Exit mobile version