AUT.AZ

“O, yalnız pulu düşünən acgöz insandır”

“Neftçi”nin və Rusiya “Zenit”inin sabiq baş məşqçisi Vlastimil Petrjela vaxtilə Sankt-Peterburq klubunda rəhbərliyi altında çıxış edən Artyom Dzyuba ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib.

Aut.Az  xəbər verir ki, çexiyalı mütəxəssisin rus hücumçunun hələ də komandasız qalmasının səbəbini belə izah edib:

 

“Dzyubanın hələ də özünə komanda tapa bilməməsi mənim üçün təəccüblü deyil. O, ancaq pul arxasınca qaçan acgöz bir insandır. Onun üçün pul ən vacib şeydir. O, sadəcə oynamaq istəsəydi və böyük maaş tələb etməsəydi, yəqin artıq hansısa komandada olardı. Lakin onun üçün futbol vacib deyil, Dzyuba üçün ən vacib şey puldur”.

Rusiyalı hücumçu Artyom Dzyuba hazırda klub axtarışındadır. Futbolçu mövsümə Türkiyə Superliqasında başlasa da, “Adana Dəmirspor”un baş məşqçisinin etimadını qazana bilməyib. Rusiya çempionatının bombardiri Türkiyə klubunun heyətində cəmi 5 oyun keçirib və bir dəfə fərqlənib. O, noyabrda klubu tərk edib və hazırda azad agent statusundadır. Rusiya mətbuatında yayılan son məlumatlara görə, Artyom karyerasını öz ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli forvard xidmətini bir neçə komandaya, xüsusən də “Krasnodar” təklif edib.

Exit mobile version