AUT.AZ

İstanbuldan Mançesterə

Türkiyənin “Beşiktaş” klubu hücumçu Vaut Veqhorstun müqaviləsini ləğv edib.

Aut.az xəbər verir ki, İngiltərədə “Mançester Yunayted”lə razılıq əldə edən Niderland millisinin üzvü bu gün İstanbuldan ayrılacaq. Veqhorst hətta yeni komandasının axşam məşqində iştirak etmək üçün çarter relsi ilə Mançesterə gedəcək.

Qeyd edək ki, “Beşiktaş” 30 yaşlı forvardı mövsümün əvvəlində İngiltərə Çempionşip klubu “Börnli”dən icarəyə götürmüşdü. İstanbul təmsilçisi oyunçunun müqaviləsini ləğv etmək qarşılığında “Mançester Yunayted”dən üç milyon avro alacaq.

Exit mobile version