AUT.AZ

“Şamaxı”nın oyunu güclü yağışa görə yarıda dayandırıldı

Aut.az xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə növbəti dəfə hava şəraiti kəskin pisləşdiyi üçün hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0. Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.

Exit mobile version