AUT.AZ

Səid dünyada mütləq liderdir

Beynəlxalq Cüdo Federasiyası idmançıların olimpiya reytinqini açıqlayıb.

Aut.Az xəbər verir ki, Azərbaycan cüdoçularından Səid Mollayi (81 kq) birinci, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ikinci sırada yer alıblar. Hesabında 2110 xal olan Mollayi bütün çəki dərəcələri üzrə – mütləq liderdir.

 

Digər təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) beşinci, Turan Bayramov (60 kq) və Yaşar Nəcəfov (66 kq) 14-cü Uşanqi Kokauri (+100 kq) 15-ci, Orxan Səfərov (66 kq) 17-ci, Zelim Tçkayev (81 kq) 19-cu, Kəramət Hüseynov (60 kq) 21-ci pillədə yer alıblar.

Qadınlardan isə ən yaxşı göstəriciyə Leyla Əliyeva (48 kq) sahibdir. O, hazırda 25-ci yerdədir.

Ümumilikdə bu gün üçün ölkənin 12 cüdoçusu Olimpiadaya lisenziya qazandıran mövqedə qərarlaşıb.

Qeyd edək ki, Olimpiya Oyunlarında ölkələr hər çəkidə yalnız yalnız bir idmançı ilə təmsil oluna bilər.

Exit mobile version