AUT.AZ

Məhkəmə təsdiqlədi: araşdırma başlayıb

Kataloniya Ali Məhkəməsi braziliyalı müdafiəçi Dani Alvesə qarşı cinsi təcavüz iddiaları ilə bağlı araşdırmaya başlandığını təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə L’Equipe məlumat yayıb. Qeyd edək ki, adı açıqlanmayan qadın Barselonada tətildə olan 39 yaşlı Dani Alvesi əlini onun alt paltarının altına salmaqda ittiham edib. Hadisə dekabrın 30-da baş verib.

Yanvarın 2-də rəsmi olaraq polisə şikayət edilib. Kataloniya məhkəməsi futbolçuya qarşı iş açıb. Alveş isə ittihamları rədd edir. Dani Alves hazırda Meksikanın “Pumas” komandasında oynayır.

 

 

Exit mobile version