AUT.AZ

İki ölkənin millisində oynayan futbolçu klubunu dəyişdi

İtaliya A Seriyası klubu “Udineze” yarımmüdafiəçisi Mata Jajalı satıb.

Aut.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Əslən xorvatiyalı olan, sonradan isə Bosniya və Hersoqovina millisini seçən 34 yaşlı futbolçunun yeni dayanacağı B Seriyası klubu “Venesiya” olub.

Bu mövsüm Jajalo “Udineze”nin heyətində cəmi 4 rəsmi oyuna çıxıb. Futbolçunun yeni komandası “Venesiya” isə hazırda aşağı liqada turnir cədvəlinin autsayderləri sırasında – 17-ci yerdə qərarlaşıb.

Jajalo karyerasına 2007-2009-cu illərdə oynadığı “Slaven Belup”da başlayıb. O, daha sonra “Siena”, “Köln” və “Sarayevo” klublarında çıxış edib. 2014-2015-ci illərdə “Riyeka”nın formasını geyinən təcrübəli yarımmüdafiəçi bir neçə il “Palermo”da, 2019-cu ildən isə “Udineze”də oynayıb.

O, Xorvatiya U-21 millisində 21 oyun keçirib və dörd qol vurub. O, həmçinin Xorvatiyanın böyüklərdən ibarət milli komandasının heyətində iki oyuna çıxıb. 2016-cı ildə isə milli komandasını dəyişmək qərarına gəlib və Bosniya və Herseqovinada çıxış edərək 11 matçda oynayıb.

Exit mobile version