AUT.AZ

“Dakar” rallisində faciəvi ölüm – Video

Ənənəvi olaraq keçirilən “Dakar” rallisində bu dəfə də ölüm hadisəsi qeydə alınıb.

Aut.az xəbər verir ki, dünyasını dəyişən şəxs rallinin yayımlamaq üçün Səudiyyə Ərəbistanına yollanan italyalı fotoqraflardan biri olub. Kadr çəkmək üçün qum təpəciyinin arxasında gizlənən fotoqrafın məqsədi yüksəyə tullanınan maşınların şəkillərini alt hissədən çəkmək olub. Ancaq heç nə onun planlaşdırdığı kimi olmayıb.

Təpənin üzərindən keçən yük maşını fotoqrafın üstünə düşüb. Sükan arxasında isə çexiyalı Aleş Loprays olub. İtaliyalı media nümayəndəsi qəzadan dərhal sonra helikopterlə hospitala göndərməyə çalışsalar da, o yolda dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin dekabrın 31-də başlayan “Dakar” marafonu yanvarın 15-dək davam edəcək.

 

Exit mobile version