AUT.AZ

CAS Rusiya klubları ilə bağlı yekun qərar verdi – RƏSMİ

İdman Arbitraj Məhkəməsi (CAS) ÇSKA, “Zenit”, “Soçi” və “Dinamo”nun avrokuboklardan uzaqlaşdırılması ilə bağlı verdiyi apellyasiya şikayəti üzrə qərar çıxarıb.

Aut.Az xəbər verir ki, CAS Rusiya klublarının avrokuboklardan uzaqlaşdırılması ilə bağlı müraciətini rədd edib.

 

Qurumun rəsmi saytında dərc olunan bəyanatda deyilir: “Belə bir qərar siyasi neytrallıq prinsipini pozmur və ayrı-seçkilik yaratmır”.

Qeyd edək ki, Rusiya klubları müvəqqəti olaraq FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb. İdman təşkilatları ötən ilin yazında müvafiq qərar qəbul ediblər.

Oxşar məhdudiyyət ölkənin milli komandalarına da şamil edilir.

Exit mobile version