AUT.AZ

Rekord məbləğdə zərər

PSJ-nin ötən mövsüm üçün maliyyə hesabatı açıqlanıb.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisi maaşlara 728 milyon avro xərcləyib. Bu da futbol tarixində ən böyük məbləğdir. 2021-ci ilin yayında Lionel Messi, Əşraf Hakimi və Canluici Donnarummanın transferindən sonra PSJ-nin maaş xərcləri 45 faiz artıb. Bu barədə “Football Benchmark” məlumat yayıb.

Bildirilir ki, PSJ-nin məvaciblərlə bağlı xərcləri 670 milyon avro təşkil edən gəliri üstələyir. PSJ-nin 369 milyon avro xalis itkisi var və bu, futbol tarixinin ən pis göstəricilərindən biridir.

 

Exit mobile version