AUT.AZ

“Zirə” Rumıniya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbəlik etdiyi kollektiv Rumıniya təmsilçisi “Çindia” ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” yanvarın 17-də isə “Seqed” və “Radniçki” ilə qarşılaşacaq.

Yoxlama oyunu

“Zirə” – “Çindia” (Rumıniya) – 3:2
Qollar:
 Coşqun Diniyev 15 (pen.), Toni Qomes 18, Hamidu Keyta, 75 – Kristian Nequt 13, 37

Exit mobile version