AUT.AZ

Ukraynada bir yük maşını pul qoyub gəlib

Braziliyanın “İnternasional” klubunun sabiq üzvü Tayson klub prezidentini tənqid edib.

Aut.az xəbər verir ki, buna səbəb A seriya təmsilçisindəki mövcud vəziyyətdir. Donetsk “Şaxtyor”unun keçmiş yarımmüdafiəçisi klub prezidenti Alessandro Barsellosunun yaşanan problemlərdə əsas günahkar olduğunu bildirib.

“Onu qarşımda qızıl rəngə boyanmış halda belə görmək istəmirəm. “Şaxtyor”da yaxşı maaşım və yaxşı müqaviləm var idi və o, məni “İnternasional”a transfer etmək üçün hər gün zəng edirdi. Nəticədə mən “Şaxtyor”la müqaviləni ləğv etdim və Braziliya komandasına getmək üçün Ukraynada bir yük maşını pul qoydum. Mən bunu azarkeşi olduğum kluba görə etdim. Bu il çempion olmağı hər şeydən çox istəyirdim. Dedim ki, maaşımı azaltmaq istəyirlərsə, qoy etsinlər. Start heyətində yer almaq üçün mübarizə aparmağa hazır idim. Amma məni istəmədilər”.

Tayson “İnternasional”da 3 aydır maaş ala bilməyən futbolçuların komandanın məşqlərini boykot etmək planlarından da danışıb. O, eyni zamanda klubda çalışan digər işçilərin də əməkhaqqı almadığını bildirib:

“Paltardəyişmə otağında, məşq etməyəcəklərini deyən 33 futbolçu var. Amma klub prezidenti bunu etiraf etməkdən qorxur. Oradan ayrılanda onlardan inzibatçıların və masajçıların qayğısına qalmalarını xahiş etdim. Qarderobçu olan Seu Gentil 40 ildir orada işləyir. Onlar üçün bir qəpik də pul mükafatı ayrılmırdı. Biz futbolçular onları mükafatlandırdıq”.

Exit mobile version