AUT.AZ

“Trabzonspor”un baş məşqçisi istefa verdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası baş verəcək.

Aut.az xəbər verir ki, “Trabzonspor”yu çalışdıran Abdullah AVcı postunu tərk etmək qərarı verib. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

59 yaşlı mütəxəssis bu gecə İstanbula gedərək klub rəhbəri ilə görüşüb istefa qərarını ona bildirəcək.

Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən “Trabzonspor”u çalışdırır. Qara Dəniz təmsilçisi onun rəhbərliyi altında ötən mövsüm Türkiyə çempionu olub.

“Trabzonspor” cari mövsümdə Türkiyə Super Liqasında 18 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda dünən 18-ci tur çərçivəsində səfərdə “Alanyaspor”a 0:5 hesabı ilə məğlub olub.

Exit mobile version