AUT.AZ

Qurban Qurbanov Belçikaya gedəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belçikaya gedəcək.

Aut.az xəbər verir ki. səfərdə məqsəd Ağdam təmsilçisinin Avropa Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan “Gent”in oyununa baxmaqdır.

Qurban Qurbanov Belçika çempionatının 20-ci turu çərçivəsində 15 yanvar tarixində baş tutacaq “Gent” – “Kortreyk” qarşılaşmasını stadionda izləyəcək.

Qeyd edək ki, “Qarabağ” gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Exit mobile version