AUT.AZ

“Qarabağ”ın sabiq hücumçusu rəsmən Türkiyə klubunda

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Türkiyə klubuna keçib.

Aut.az xəbər verir ki, 33 yaşlı forvard “Boluspor”la müqavilə imzalayıb. Bu barədə I liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ndlovu yeni klubu ilə 1,5 illik sözləşmə imzalayıb.

Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, 2021/2022 mövsümünü Türkiyənin “Kocaelispor” klubundan keçirib. Dinonun son klubu Çində “Çanqçun” olub.

Exit mobile version