AUT.AZ

Qəti qərar verdi: Gedir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 2022/23 mövsümünün sonunda klubu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb. Bildirilir ki, Simeone bununla bağlı qəti qərar verib.

52 yaşlı mütəxəssis 2011-ci ildən Madrid klubunu çalışdırır.

Komandada olduğu müddətdə o, iki dəfə İspaniya çempionatının qalibi olub, İspaniya kubokunun, İspaniya Superkubokunun sahibi olub, iki dəfə Avropa Liqasının, iki dəfə UEFA Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalında oynayıb.

Exit mobile version