AUT.AZ

Platini qayıdır

UEFA-nın keçmiş rəhbəri Mişel Platini Fransa Futbol Federasiyasının prezidenti ola bilər. 

Aut.Az xəbər verir ki, bu məlumatı RMC yayıb.

Mənbənin iddiasına görə, Platninin Le Qraisi əvəz etməsini şəxsən Fransa prezidenti Emmanuel Makron istəyib. O, Platiniyə müraciət edərək ondan FFF rəhbəri vəzifəsinə marağı barədə soruşub.
Bildirilir ki, Platini futbola qayıtmağın əleyhinə deyil.

67 yaşlı futbol funksioneri 2015-ci ildə Beynəlxalq Futbol Federasiyasının etika komitəsi tərəfindən korrupsiya şübhələri ilə əlaqədar 8 il müddətinə hər hansı futbol fəaliyyətindən uzaqlaşdırılıb. Daha sonra cəza 4 ilə endirilib və 2019-cu ildə diskvalifikasiya müddəti başa çatıb.

 

Exit mobile version