AUT.AZ

Onu bu FOTO ilə yola saldı: Unudulmaz…

Qaret Beyl karyerasını bitirdiyini elan etdikdən sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti onun “Barselona” ilə oyundakı reydini xatırlayıb.

2014-cü ilin aprelində Beyl Kral Kubokunun finalında “Barselona”ya qarşı matçda (2:1) 85-ci dəqiqədə qələbə qolunu vurub. Qaret meydanın özlərinə aid hissəsindən hərəkət edərək müdafiəçi Mark Bartranı keçib və topu qapıya göndərib. Həmin vaxt komandanın baş məşqçisi məhz Ançelotti idi.

İtalyan mütəxəssis Beylin həmin matçda reydinin fotosunu yerləşdirib və yazıb:

“Unudulmaz… Təşəkkür edirəm, Qaret”.

Beyl də cavabında “Təşəkkür edirəm, cənab” yazıb.

Aut.az

Exit mobile version