AUT.AZ

Növbəti təcavüz qalmaqalı – “Dedi ki, yaxın olsaq…”

Fransa Futbol Federasiyasının (FFF) rəhbəri Noel Le Qret cinsi təcavüzdə ittiham olunur.

Aut.az xəbər verir ki, bunu xanım futbol agenti Sonia Sui açıqlayıb. O, bildirib ki, 2013-cü ildə qurumun prezidenti Le Qretə məktub yazıb və qadın futbolunun vəziyyəti ilə bağlı fikirlərini bildirib. Bundan sonra FFF rəhbəri onu Parisdəki “Le Murat” restoranında səhər yeməyinə dəvət edib. Söhbət təxminən bir saat davam edib və bu müddət ərzində Le Qret Suiyə bir neçə dəfə şəxsi suallar verib.

Bir neçə ay sonra Le Qret onu yeni görüşə dəvət edib. Lakin budəfəki ünvan restoran deyil, öz mənzili olub. Federasiya prezidenti görüş zamanı Suini baş katib Brikit Olivye ilə tanış edəcəyini bildirib:

“Mən onun mənzilinə gəldim və stolun üzərində şampan gördüm. Bu, məni təəccübləndirdi, amma sakit olmağa və gözləməyə qərar verdim. Qadın futbolundan danışdıq, amma Olivye gəlmədi. Onun gəlmək fikri də yox idi. Bu görüşlə bağlı ona xəbərdarlıq edib-etmədiyini də bilmirəm.

Görüş zamanı Le Qret mənə birbaşa dedi ki, əgər yaxınlaşsaq, bütün fikirlərimi gerçəkləşdirəcək. Bu zaman onun üzünə çox güclü bir sillə vurdum. Özümü kifayət qədər səriştəli hiss etdim. Çətin şəraitdə belə nəticələr əldə edə biləcəyimi öyəndim. Fransa Futbol Federasiyasının prezidenti isə məndə cinsi orqanlar gördü.

Suinin sözlərinə görə, Le Qreyin təqibləri təxminən dörd il davam edib:

“Mən onun necə bir insan olduğunu başa düşdüm. Özünə çox arxayındır və ona hər məsələdə icazə verildiyinə inanır. Həqiqətən də adamda belə bir təəssürat yaranır ki, Le Qret kraldır, FFF isə onun krallığıdır. Bəs biz haradayıq? Bu, Fransada baş verir? Anlaya bilmədiyim şeylər var”.

2022-ci ilin sentyabrında “So Foot”un araşdırması nəticəsində məlum olub ki, Le Qret tabeliyində olanlara ədəbsiz mesajlar göndərir, həmçinin həmkarları ilə qadınların cinsi orqanlarını müzakirə edir. Adının açıqlanmasını istəməyən federasiyanın keçmiş işçiləri Le Qretin qeyri-adekvat davranışı, eləcə də birbaşa təqibləri ilə bağlı digər misallar çəkiblər.

Exit mobile version