AUT.AZ

“Neftçi”dən Macarıstan klubu ilə heç-heçə

Aut.az xəbər verir ki, “ağ-qaralar” Macarıstanın “Vaşaş” koşandası ilə qarşılaşıb.

“Gloria Golf Club”un stadionunda keçirilən oyunda hesabı “Neftçi” açıb. 24-cü dəqiqədə Kenni Sayef “ağ-qaralar”ı hesabda önə keçirib. Amma macarlar 67-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Oyunda başqa qol vurulmayınca tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

Xatırladaq ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Exit mobile version