AUT.AZ

“Krasnodar” “Qarabağ”ın bu futbolçusunu da alır – Fotofakt

Bir neçə gün öncə “Qarabağ”dan Kadi Borgesi heyətinə qatan “Krasnodar” Ağdam klubunun daha bir futbolçusunu hədəfə alıb.

Aut.az xəbər verir ki, Rusiya təmsilçisi bu dəfə də “atlılar”ın legionerinə göz dikib. Söhbət kabo-verdeli yarımmüdafiəçi Leandro Andradedən gedir. Ötən ilin yavarında Azərbaycan çempionuna transfer edilən futbolçu “buğalar”ın transfer siyahısında yer alıb.

“Krasnodar” Andradeni transfer etmək istəyəcəyi halda, “Qarabağ” rəhbərliyi ilə növbəti dəfə danışıqlar masasına əyləşməli olacaq. Çünki futbolçunun mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

 

Exit mobile version