AUT.AZ

İstanbul klubu çinli müdafiəçi transfer etdi

Türkiyənin “Başakşehir” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin “Quançjou” klubundan Şaconq Vunu transfer edib. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

“Başakşehir” Çin milli komandasının üzvü olan mərkəz müdafiəçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şaconq Vu 2019-cu ilin yayından “Quançjou”da çıxış edirdi. 22 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 57 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version