AUT.AZ

İlin ən yaxşı hakimi

2022-ci ilin ən yaxşı hakimləri məlum olub.

Aut.az xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Polşalı referi Şimon Marçinyak ötən il dünyanın ən yaxşı ədalət təmsilçisi olub. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato 65 xalla ikinci yeri tutub. Fransalı Kleman Turpin 40 xalla ilk üçlüyü qapayıb.

Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.

Exit mobile version