AUT.AZ

“Fənərbaxça”dan yeni transfer

“Fənərbaxça” klubu yeni futbolçu ilə güclənib.

Aut.az xəbər verir ki, İstanbul klubu “Adana Dəmirspor”dan Samet Akaydınla razılıq əldə edib.

28 yaşlı futbolçu yanvarın 12-də yeni klubu ilə müqaviləni rəsmiləşdirəcək.

“Adana Dəmirspor” Akaydını 2021-ci ildə “Keçiörengücü” klubundan transfer edib. Türkiyə millisinə də dəvət alan futbolçu bu mövsüm 17 oyunda 2 qol vurub.

Exit mobile version