AUT.AZ

Başıbəlalı transfer – Daha bir neçə ay…

Dortmund “Borussiya”sının hücumçusu Sebastyan Aller komanda ilə məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Klubun idman direktoru Sebastyan Kehl bu barədə açıqlamasında ehtiyatlı danışıb:

“Onun meydana qayıtması ilə bağlı çox ehtiyatlıyıq. Prosedurlar arasında idmanla, qaçışla məşğul olurdu. Amma sadəcə qaçmaq və gündə iki dəfə komanda ilə məşq etmək arasında çox böyük fərq var. Çünki hərəkətlər fərqlidir və futbolda daha intensiv olur. Biz ona daha çox vaxt verməliyik. Bu proses daha bir neçə ay davam edə bilər”.

Aller yay transfer pəncərəsində “Ayaks”dan Erlinq Holandın yerinə transfer edilib. 34,5 milyon avroluq keçid reallaşdıqdan bir neçə gün sonra hücumçunun səhhətində problem aşkarlanıb, ona xayanın bədxassəli şişi diaqnozu qoyulub. Aller kimyaterapiyadan keçib və iki dəfə əməliyyat olunub.

Futbolçu bu səbəbdən “Borussiya” formasıyla heç bir rəsmi oyunda iştirak etməyib.

Exit mobile version