AUT.AZ

Baş məşqçisini istefaya göndərdi

Aut.az xəbər verir ki, ardıcıl iki heç-heçənin ardından ilin ilk oyununda “Renn”ə məğlubiyyət, ardınca kubokda aşağı dəstə təmsilçisinə yenilgi səbri daşıran son damla oldu. Liqa 1-də 17 oyuna cəmi 5 qələbə qazanmasına görə məşqçi ilə yollar ayrıldı. “Nitsa” rəhbərliyi ciddi transferlər edib iddiasını artırmaq istəyirdi. Lakin Favr ümidləri doğrultmadı.

Favr cəmi 6 ay “Nitsa”ya rəhbərlik etdi. 26 oyunluq marafonda o, əvvəlki – Dortmund “Borussiya”sındakı uğurlarını təkrarlaya bilmədi.

Xatırladaq ki, bu məşqçi 2016-18-ci illərdə də “Nitsa”nın baş məşqçisi olmuşdu.

Exit mobile version