AUT.AZ

Ərəblər Ronaldonun sevgilisinə “kölə” statusu verdilər – Fotofakt

Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”ə transferi dünya mətbuatının gündəmindən düşmək bilmir. Superulduzun bu ölkədəki hər bir davranışı, seçimi, məşqi diqqətlə izlənilir. Bu səbəbdən yarımadadan Ronaldo ilə bağlı hər gün müxtəlif informasiyalar gəlir.

Aut.az xəbər verir ki, bu dəfə məlumat Krişin argentinalı sevgilisi Corcina Rodrigezlə bağlıdır. Məlum olduğu kimi, futbolçu ilə onun arasında rəsmi nikah yoxdur. Bununla belə, tərəflər arasında müqavilə bağlandıqdan sonra futbolçunun həm övladları, həm də Corcina ilə birlikdə Səudiyyə Ərəbistanına köçməsinə şərait yaradılıb.

Sözügedən ölkənin qanunlarına görə, kişi və qadın rəsmi nikahı olmadan birlikdə yaşaya bilməz. Lakin Səudiyyə Ərəbistanı rəhbərliyi istisna hal olaraq Ronaldo və sevgilisinə birlikdə yaşamağa icazə verib.

Artıq Corcinaya “yaşayış icazəsi” sənədi təqdim edilib. Diqqətçəkən məqam həmin vəsiqədəki status bölməsində argentinalı xanımın statusunun “qulluqçu”, “cariyə” (kölə qadın) kimi təqdim edilməsidir. İddia olunur ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ilk dəfə belə halla üzləşdiyindən vəziyyətdən çıxış yolu kimi bu variantı seçməli olub.

Heybət

Exit mobile version