AUT.AZ

“Yük”dən qurtulmaq istəyirlər, amma bilirlər ki…

“Real” Eden Hazard ilə yollarını ayırmaq istəyir.

Aut.az “The Athletic”ə istinadla xəbər verir ki, həm məşqçi Karlo Ançelotti, həm də klub rəhbərləri yarımmüdafiəçidən narazıdırlar.

“Real” belçikalı futbolçunu ardıcıl dörd transfer pəncərəsi üçün transfer siyahısına salıb. Amma klub rəhbərliyi yaxşı başa düşür ki, onun satmaq, sadəcə mümkün deyil.

Azar, mövsümün ortasında, hətta icarəyə yollanmaq niyyətində də deyil. O, ailə vəziyyətinə görə Madriddə qalmaq istəyir.

Onun “kral klubu”nda illik məvacibi vergilər ödənildikdən sonra 15 milyon avrodur. “Real” rəhbərliyi, demək olar ki, oynamayan, amma yüksək məvacib alan futbolçudan qurtulmaq istəyir, ancaq bunun yolunu da bilmirlər.

 

Exit mobile version