AUT.AZ

Portuqaliya millisi Martinesə tapşırıldı

Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu. Fernandu Santuşun istefasından sonra boş qalan post Roberto Martinesə tapşırıldı.

Aut.az xəbər verir ki, Santuş Dünya Çempionatındakı uğursuzluqdan sonra istefaya göndərilmişdi. O, Qətər-2022-də daha uğursuz olan və bu üzdən istefaya göndərilən biri ilə əvəzləndi. Martinesin rəhbərlik etdiyi Belçika millisi hətta qrup mərhələsini adlamağı bacarmamışdı.

Portuqaliya millisinin baş məşqçi postuna bir neçə namizəd var idi. Onların arasında Joze Mourinyo ön planda idi. Lakin təcrübəli mütəxəssis vətənə qayıtmaqdan imtina etdi, əvəzində ispan çalışdırıcı ilə müqavilə imzalandı.

Martineslə müqavilə DÇ-2026-nın sonuna kimi nəzərdə tutulub.

Exit mobile version